İlham Əliyev təbrik məktubu göndərdi
26 İyul 2026, 11:21
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
168
23.07.2026, 16:58
Ermənistanda revanşist mövqeyi və Azərbaycana qarşı sərt çıxışları ilə tanınan türkoloq Varujan Geghamyanın regiondakı son prosesləri İrəvan üçün təhlükə kimi qiymətləndirməsi diqqət çəkir. O, xüsusilə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin güclənməsindən və Bakının regional diplomatiyada rolunun artmasından narahatlığını ifadə edib. Baş verən bu cür narahatlıq doğuran açıqlamaların Ermənistanın daxili siyasi gündəminə hesablanıb-hesablanmadığı və ya rəsmi İrəvanın xarici siyasətində tendensiya olub-olmadığı sual doğurur. Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Oxu24.com saytına açıqlama verərək prosesləri ətraflī təhlil edib. O, bu cür bəyanatların Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərdiyini vurğulayıb.
Cəmiyyətin uzun illər, onilliklər boyunca faşist ideologiyası ilə zəhərləndiyini qeyd edən politoloq, bu cür revanşist bəyanatların verilməsinin təbii olmadığını və bu zehniyyətin sağalması üçün uzun zamana ehtiyac olduğunu bildirib.
Onun sözlərinə görə, Ermənistandan səslənən bu cür fikirlərə artıq uzun illərdir ki, öyrəşilib, lakin bu heç vaxt laqeyd qarşılanmamalı, qətiyyən diqqətdən kənarda saxlanılmamalıdır.
O.Qasımov qeyd edib ki, 44 günlük müharibədən sonra revanşistlərin təsiri müəyyən qədər zəifləsə də, onların hələ də kifayət qədər təsiredici amil olaraq qaldığı son parlament seçkilərində erməni cəmiyyətinin parlamentdə təxminən 40% ətrafında revanşistlərə mandat qazandırması ilə açıq görünmüşdür:
“Bu cür bəyanatları Ermənistanın rəsmi siyasi kursu kimi deyil, şəxslərin öz mövqeyi kimi qiymətləndirmək lazımdır. Lakin Ermənistan hakimiyyəti sülh müqaviləsinin imzalanması və konstitusiya dəyişiklikləri kimi məsələlərin ləngidilməsində bu cür hallardan öz maraqları üçün sui-istifadə etməyə çalışır”.
“Bu cür bəyanatların və revanşistlərə verilən 41 mandatın parlamentdə təsir imkanlarını artırması Azərbaycanla Ermənistan arasındakı sülh prosesini hamar etməyəcək və heç də müsbət təsir göstərməyəcək”,- deyə politoloq sonda əlavə edib.
Çimnaz Telmanqızı
11:35 / 26 İyul 2026
1
11:30 / 26 İyul 2026
11
11:21 / 26 İyul 2026
72
11:13 / 26 İyul 2026
47
11:10 / 26 İyul 2026
51
11:05 / 26 İyul 2026
332
10:55 / 26 İyul 2026
55
10:47 / 26 İyul 2026
320
10:40 / 26 İyul 2026
52
09:50 / 26 İyul 2026
71
09:44 / 26 İyul 2026
606
09:43 / 26 İyul 2026
69
00:24 / 26 İyul 2026
147
23:29 / 25 İyul 2026
93
22:59 / 25 İyul 2026
149
22:45 / 25 İyul 2026
717
22:39 / 25 İyul 2026
153
22:26 / 25 İyul 2026
171
21:54 / 25 İyul 2026
152
21:27 / 25 İyul 2026
91
21:15 / 25 İyul 2026
150
21:02 / 25 İyul 2026
100
20:49 / 25 İyul 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.